FHN yanında İctimai Şuraya seçkilər keçirildi

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, 23 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında yeni İctimai şuraya seçki keçirilib.

Tədbirdə fövqəladə hallar nazirinin müavini, Nazirlik yanında yeni İctimai şuranın seçki komissiyasının sədri Tapdıq Əmiraslanov iştirak edib.

Qeyd edək ki, vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 14 nəfərin namizədliyi təsdiq edilib. Seçkidə seçici kimi iştirak etmək üçün vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 110 nəfər təmsilçidən 68-i iştirak edib.

Şəffaf şəkildə keçirilmiş seçkinin yekunu olaraq Fövqəladə Hallar Nazirliyi yanında yeni İctimai şura aşağıdakı tərkibdə formalaşıb:

1. Abbasova Vəfa Zahid qızı - “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi

2. Abışova Vüsalə Mahir qızı - “APA Group”

3. Bayramlı Dinara Dmitriy qızı - “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi

4. Cürənov Ramiz Mikayıl oğlu - “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi

5. Ədilzadə Ədil Tahir oğlu - “Yeni həyat-iqtisadi inkişaf” İctimai Birliyi

6. Əliyev Azad Yusif oğlu - Azərbaycan Skautlar Assosiyasiyası İctimai Birliyi

7. Fərzəliyev Sahib Abduləli oğlu - “Potensial” Sumqayıt mütəxəssislər birliyi

8. Hacızadə Fuad Mahmud oğlu - Beynəlxalq Ekoenergetika Akademiyası

9. Həsənli Emin Əliyar oğlu - “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə“ İctimai Birliyi

10. İsmayılov Mehman Heydər oğlu - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı

11. Qafarov Emil Kamil oğlu - Yaşıl Tikintiyə Dəstək İctimai Birliyi

12. Məmmədov Məhəmməd Qurban oğlu - “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi

13. Mərdanov İlham İldırım oğlu - “Çevrə” Davamlı İnkişafa Yardım İctimai Birliyi

14. Rəhimli Davud Səid oğlu - “Əlil Təşkilatları İttifaqı”