DGK: “Malların gətirilməsi ilə bağlı qərar bir neçə qurumun müzakirəsi nəticəsində qəbul edilib”

Nazirlər Kabinetinin fiziki şəxslərin ölkəyə gömrük ödənişi olmadan gətirdikləri mallara tətbiq edilən limitin azaldılması qərarı geniş müzakirələr, iqtisadi təhlil və aidiyyəti qurumların birgə araşdırması nəticəsində qəbul edilib.

Bu barədə İctimai Televiziyanın efirində yayımlanan"Diqqət mərkəzi” verilişində Dövlət Gömrük Komtəsinin Hüquqi Təminat İdarəsinin rəisi Sənan Muxtarov məlumat verib.

"Bu məsələ İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi tərəfindən müzakirə olunub. Fikirlər də müxtəlif olub. Lakin ümumi razılığa gəlinib, işçi qrupu səviyyəsində aparılan təhlillər yekunda dövlət səviyyəsində baxılıb və qəbul edilib”, - deyə, o bildirib.

S.Muxtarovqeyd edib ki, buqərara artıq bir neçə dəfə dəyişiklik edilib:

"Sonuncu dəyişiklik hələ qüvvəyə minməyib. Sentyabr ayında qüvvəyə minəcək. Bu qaydalara edilən dəyişikliyin məqsədi son dövrlərdə insanlarıntəklif olunangüzəştlərdən sui-istifadə etməsinə dair məqamların aşkarlanması ilə əlaqəlidir.

Yeni qaydalara görə, vətəndaşın şəxsi istifadəsi üçün aldığı iki ədəd telefonun qiyməti 800 dolları (1360 manat) keçərsə, yerdə qalan məbləğə gömrük rüsumu tətbiq ediləcək. Poçt vasitəsilə göndərilən mallarda isə qiymətdən 300 dollar (510 manat) çıxmaq şərtilə yerdə qalan məbləğə gömrük rüsumu tətbiq ediləcək. Əgər eyni növ maldan, məsələn, bir telefondan şəxsi istifadə adı ilə üçədəd gətirilirsə, bu zaman güzəşt limiti gözlənilmədən gömrük rüsumu tətbiq ediləcək”.

Pandemiya dövründə iri ticarət mərkəzlərinin bağlı olduğunagörəinsanların onlayn ticarətə üstünlük verdiyini nəzərə alaraq bu qərarın qəbul edilməsi istehlakçıların hüququnun pozulması kimi qiymətləndirilə bilərmi sualına isə S.Muxtarov belə cavab verib:

"Pandemiya dövrü müvəqqəti çətinlikdir. Uzun müddət davam etməyəcək. Sərhədlər də açılacaq, hər şey də öz qaydasına düşəcək. Bu qərar nə istehlakçıların hüquqlarının pozulmasına, nə iri şirkətlərin biznes inkişafına, nə də qiymət artımına təsir etməyəcək. Ölkədə bu sahələrə nəzarət edən aidiyyəti qurumlar var. Əslində həminqərarda sadələşmələr var. Onlara nə üçün az diqət ayrıldığını da anlamırıq”.