Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, N.Səlifov Antalyada öldürülüb. Başından güllə yarası alan "qanuni oğru" xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qətli törətməkdə şübhəli bilinən şəxs Antalya-Dənizli şosesində saxlanılıb.
İddia olunur ki, N.Səlifov öz yaxını olan Xan Əhmədlinski tərəfindən güllələnib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.