"COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar
tətbiq olunmuş karantin dövründə aztəminatlı ailləri və müharibə əllilləri
üçün hüquqi və psixoloji-rebilitasiya xidməti günləri təkil edildi. Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəy ilə, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil
Döyüşçülər” Fondu,"Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi
və sosial dəstəyin təşkili” layihəsi çərçivəsində, "COVİD 19 Koronavirus
Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə, az-təminatlı aillərin,
müharibə əlillərinin, tənha ahıl insanların tibbi-sosial problemlərinin həllinə hüquqi köməklik göstərmək
məqsədi ilə 6, 7, 8,9,12, oktyabr tarixlərində 5 günlük hüquqi və
psixoloji-rebilitasiya xidməti günləri təşkil edilərək onların
pisixoloji-fiziki problemlərinin minimuma çatdırılmasına dəstək verildi.
12 oktyabr tarixində, "Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə
tibbi və sosial dəstəyin təşkili” layihəsinin yekunu ilə əlaqədar
olaraq tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə Azğınlaşmış
ermənistan siyasi rəhbərliyi, şəxsən Ermənistanın baş
naziri Nikol Paşinyanın tapşırığı əsasında Ermənistan silahlı
qüvvələri Beynəlxaq təşkilatların gözünün qarşısında Azərbaycana
qarşı növbəti hərbi təcavüzünü həyata keçirərək, 4 və 10 oktyabr 2020-ci
il tarixlərində Cenevrə konvensiyasının tələblərini və atəşkəs rejimini
kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının
ikinci böyük şəhəri, beş yüz mindən çox mülkü əhalinin yaşadığı Gəncə şəhəri,
Abşeron və Xızı rayonlarının ərzailəri raket və top mərmilərindən atəşə
tutmalarını lənətləyərək öz etrazlarını bildirdilər.
Azərbaycan
Respublikası "Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun
Prezidenti, "Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial
problemlərinin həllinə dəstək mərkəzinin” direktoru Sərraf Orucov çıxış edərək bildirdilər
ki, Ermənistanın bu gün törətdiyi növbəti hərbi təcavüz, işğalçı ölkənin beynəlxalq
hüququn norma və prinsiplərinin kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik
Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum 4 qətnamələrini yerinə yetirmədiyinə
görə, Birləşmiş Millətlər Təşkilatı ATƏT, ATƏT PA, Avropa Şurası, AŞPA,
NATO, NATO PA, Avropa Komissiyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatları da
bilavastə məsuliyyət daşıyır. Buna görədə cavabdeh daşıyan adları çəkilən
Beynəlxaq təkilatlar təcili olraq, 4 və 10 oktyabr 2020-ci il tarixlərində
Gəncə şəhərində Ermənistan dövləti tərəfindən uzaq məsafəyə atan raket və top mərmilərindən
atəşə tutmalaraq çox saylı günahsız mülkü əhaliyə, körpə uşağlara qarşı törədilmiş
teror hadisəsiniə münasibət bildirərək cavab versinlər. Sərraf
Orucov çıxış həmçinin bildirdilər ki, bütün dost və düşmən dövlətlər bilməlidirlər
ki, biz Azərbaycan xalğı olaraq, Azərbaycan Respublikasının Prezidenti və Ali
Baş Komandanı cənab İlham Əliyevin Azərbaycanın Dövlət müstəqilliyi və
torpaqlarının bütövlüyünün qorunub saxlamaq uğrundda apardığı daxilii və xarici
siyasətini və onun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad
olunması üçün verdiyi bütün qərarlarını dəstəkləərək hər zaman Ali Baş
Komandanımızla həmyrək olaraq ordumuzun yanındayıq.
Daha
sonra, "Müharibə əlillərinə, ehtiyacı olan aztəminatlı aillərə tibbi və sosial
dəstəyin təşkili” layihəsinin rəhbəri Sərraf Orucov həyata keçirilən layihənin
məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi,
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Koronovirus
(COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Azərbaycan
xalqına etdiyi, "Biz birlikdə güçlüyük” müraciətinə dəstək verərək, QAYDALARA
ƏMƏL ET, ÖZÜNÜ VƏ CƏMİYYƏTİ QORU! Şuaraı ilə, Bakı şəhərində sosial yardıma
ehtiyacı olan imkansız aztəminatlı ailələrə, müharibə əlillərinə, tənha ahıl
insanlara ərzaq və tibbi yardımları ilə köməklik göstərmək, ictimai maarifləndirmə
təbliğat və təşviqat kampaniyası aparmaqdır.
Ölkəmizdə
COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının son vaxtlar kəskin
artmasını nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin
rejiminin tətbiq etdiyi qərarlarlara və Dövlətimizin bu sahədə həyata keçirdiyi
bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsi bizim hər birimizin vətəndaş
borcudur.
«Beynəlmiləlçi
Əlil Döyüşçülər» Fondunun əhali arasında apardığı araşdırmalarından məlum
olmuşdur ki, COVID-19 Koronavirus Pandemiyasına yoluxma hallarının qarşısını
almaq məqsədi ilə respublikamızda tətbiq olunmuş karantin rejimini ərəfəsində,
Bakı şəhərində ehtiyacı olan az-təminatlı aillərə, müharibə əlillərinə,
veteranlara, tənha ahıl insanlara ərzaq və tibbi dəstəyə daha çox ehtiyacları
vardır. Buna görədə, həyata keçirilən layihə çərçivəsində təşkil
olunmuş 5 günlük hüquqi və psixoloji-rebilitasiya xidməti günlərində həkim
psixoloq İbrahim Əsədli və hüquqşunast İlham Əhmədov tərəfindən müharibə əlillərinə
və ümumi əllillərə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
TSEK-ında elektron xidmət vasitəsi ilə əlliliyin təyin olunması, əlillik
müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi
və sonuncu müayinə barədə məlumat almaq üçün "Tibbi-Sosial Ekspert
Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi”
adlı (https://www.e-gov.az/az/services) e-xidməti
yaradılması barəsində ətraflı izahatla məlumat verdilər.
Layhənin
Həkim psixoloqu İbrahim Əsədli məlumat verərək, bildirdi ki, ölkəmizdə
COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Nazirlər
Kabineti yanında Operativ Qərargah tətbiq etdiyi karantin rejimi dövründə
onlarla müharibə əlilləri, tənha ahıl insanlar pisxoloji gərginkik keçirərək səhhətləri
ağırlaşmışdır.
Müharibə
əlillərininin çoxusu onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi
sığorta və tibbi-reabilitasiyaları imtiyazları haqqında hüquqlarını bilmədikləri
üçün, onlar xəstəxanalarda vaxtı-vaxtında müalicə olunmalarında problemlərlə
üzləşirlər. Səhətləri ağır olan müharibə əlilləri xəstəxanalara yerləşirdikdən
sonra, onların müalicələrinə lazım olan dərmanları imkansızlığ üzündən ala bilmədiyləri
üçün, onlar müalicələrini yarımçıq saxlayaraq xəsdəxanadan evlərinə
buraxırıllar. Belə əlilərin çoxusu tam müalicə almmadığları üçün evlərinə
buraxıldıqdan sonra vəfat etmişdir.
Karantin
dövründə, müharibə əlilləri arasında pisixoloji gərginliyi artmış 65
nəfər, Əfqanstan, Qarabağ müharibəsi və ümumi əlil vətəndaşlarımız
onlarda yaranmış tibbi-psixoloği problemlərin həllinə köməklik üçün layihəyə
müraçiət etmişdirlər. Bizə müraciət etmiş az-təminatlı aillər,
müharibə əlilləri, tənha ahıl insanlar arasında pisixoloji gərginliyi
artmış müharibə əlilillərinə, ümumi əlillərə psixoloji-rebilitasiya
xidməti günləri təkil edilərək, onların pisixoloji-fiziki problemlərinin
minimuma çatdırılmasına lazım olan köməkliyi göstərmişik.
Layihənin
hüquqşunsı İlham Əhmədov çıxış edərək məlimat verdi ki, təşkil olunmuş hüuq
günlərində, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində
şəhid olmuşların ailələrinin, əlil olmuş şəxslər, müharibə veteranlar və
ehtiyata buraxılmış hərbi qulluqçular tibi-sosial məsələləri və sığorta
olunmalarında yaranmış problemlərin həllinə hüquqi köməklik göztərərilərək,
olnarı maqaqlandırılan suallara izahlı sürətddə aydınlıq verildi.
İlham
Əhmədov həmçinin bildirdi, ki layihəyə müraçiət etmiş, az-təminatlı
aillər, müharibə əlilləri, tənha ahıl insanlar, Qarabağ müharibəsində
sağlamlıqlarını itirmiş müharibə əlilləri və ehtiyata buraxılmış hərbi
qulluqçular tibi-sosial məsələləri və sığorta olunmalarında və eləcədə
onların Tibbi-Sosial Ekspertiziya Komisiyalarında və sosial
sığorta idarələrində yaranmış problemləri ilə əlaqədar müraciətlərinə
baxılaraq lazıım olan hüquqi köməklik göstərilmişdir.
Tədbir
iştirakçılarından Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının sədir müavini polkovnik Cəlil Xəlilov "Dünya
Ana və Uşaqları” İctimai Birliyinin sədri Dünyaxanım
Əliyeva, "Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Zəngilan
rayon şöbəsinin sədri Azad Musayev,"Şəhid Ailələrinə Yardım və
Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Rövşən Ağamalıyev, "Beynəlxaq
Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, "Azərbaycan
Respublikası Əlillər Cəmiyyəti" İctimai Birliyinin sədri Xədicə
Mikayılova, "Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədir
müavini Məcid Məmmədov, "Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyəti" İctimai
Birliyinin sədri Səmyar Abdullayev və başqa müharibə əlilləri,
veteranları çıxış edərək, "COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar
tətbiq olunmuş karantin dövründə aztəminatlı ailləri və müharibə əllillərini
düşünərək onlara tibbi və sosial kömək etmək məqsədi ilə, «Beynəlmiləlçi Əlil
Döyüşçülər» Fondu tərəfindən həyata keçirilən,"Müharibə əlillərinə, ehtiyacı
olan aztəminatlı aillərə tibbi və sosial dəstəyin təşkili” layihəsıni
müsbət qiymətləndirərək, bu yönümdə əhəmiyyətli layihənin maliyələşməsinə və icrasına
görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşklarına
Dövlət Dəstəyi Şurasına və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kolektivinə
öz təşəkkürlərini bildirdilər.
Azərbaycan
Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər
Fondunun
Mətbuat Xidməti