Vətən müharibəsində iştirak edən Nardaranlılar - I HİSSƏ + VİDEO



Sentyabrın 27-də başlanan Vətən müharibəsində 100-dən artıq Nardaran sakini iştirak edib. Cəbhənin ən gərgin nöqtələrində döyüşən Nardaranlılar Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı rayonlarının və Şuşa şəhərinin, habelə Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin, Xocavənd, Kəlbəcər, Laçın və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələrinin işğaldan azad edilməsində xüsusi fəallıq göstəriblər. Bu döyüşlərdə Nardaran kəndi 1 şəhid və 10-dan artıq yaralı verib. Oktyabrın 16-da əsgər Hüseynov Xaliq Kamil oğlu Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. 

 Hazırladı: Hamid Majidov (Həmidağa Məcidov)