Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının ildönümüdür.
Qarakənd faciəsindən 27 il ötür.
Hadisə 1991-ci il noyabrın 20-də baş verib.
Hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub.
Bu gün millət vəkili Aqil Abbas bu barədə REAL İNTERVYU-da danışıb.