Vətəndaşlarin müraciətlərinə baxilmasi qaydası haqqında Azərbaycan Respublikasinin
Qanunu
Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir.
Maddə 1. Müraciət etmək hüququ
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Maddə 2. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik
Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Maddə 3. Əsas anlayışlar
Təklif — dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elm, texniki, hüquq, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həllini nəzərdə tutan müraciət.
Ərizə — vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət.
Şikayət — dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət.
Maddə 4. Bu Qanuna aid olmayan sahələr
Bu Qanunun
qüvvəsi məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində vətəndaşların etdiyi
müraciətlərin baxılmasına şamil edilmir
Hərbi
qulluqçuların xidmətlə əlaqədar müraciətlərinə Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət
nizamnaməsinə və intizam nizamnaməsinə uyğun olaraq baxılır.
Referendumun keçirilməsi ilə əlaqədar müraciətlərə Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq baxılır.
Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən
vətəndaşların müraciətlərinə baxılması qaydası müvafiq qanunla tənzimlənir.
İnformasiya əldə
edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya
baxılması qaydası müvafiq qanunla tənzimlənir.
Məişət
zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda,
şikayətlərə baxılma qaydası "Məişət zorakılığının qarşısının alınması haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Maddə 5. Dövlət hakimiyyəti orqanlarının, idarələrin,
təşkilatların, müəssisələrin vəzifələri
Dövlət
hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr Azərbaycan
Respublikası Konstitusiyası və qanunları ilə müəyyən
edilən və təminat verilən qaydada Azərbaycan
Respublikası vətəndaşlarının
yazılı və şifahi şəkildə təkliflər
vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanuna
zidd hərəkətlərindən (hərəkətsizliyindən)şikayət etmək hüquqlarının həyata
keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin etməlidirlər.
Dövlət
hakimiyyəti orqanları, idarələr, təşkilatlar müəssisələr, onların rəhbərləri,
digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini
qəbul etməyə vəözlərinin səlahiyyətinə uyğun olaraq bu Qanunla
müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər
görməyə və onlara cavab verməyə borcludurlar.
Dövlət
hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri
və digər vəzifəli şəxsləri
təkliflərə, ərizə və şikayətlərə baxarkən:
onların
mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb
etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər;
təkliflərin, ərizə və şikayətlərin
baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat
verməli, onlar təmin edilmədikdə bunun səbəblərini göstərməli,şikayət
vermək qaydasını izah etməlidirlər;
təklif, ərizə və şikayətlər
barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu
qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin
etməlidirlər.
Dövlət
hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr vətəndaşların
müraciətlərinə baxılması vəziyyətini müntəzəm olaraq
yoxlamalı və qanunla mühafizəolunan mənafelərinin
pozulması ilə əlaqədar təkrar ərizə və şikayətlərin
verilməsi ilə nəticələnən sənədlərin aradan qaldırılması üçün
tədbirlər görməlidir.
Maddə 6. Vətəndaşların qəbul edilmə qaydası
Dövlət
hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri
və digər vəzifəli şəxsləri vətəndaşların qəbul edilməsinin təşkilini
təmin etməlidirlər.
Vətəndaşlar əvvəlcədən
məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər.
Zəruri hallarda
dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri
və digər vəzifəli şəxsləri vətəndaşları dərhal qəbul
etməlidirlər.
Maddə 7. Müraciətə baxılması qaydası
Vətəndaşlar
təklifləri və ərizələri həmin məsələni bilavasitə həll etməli olan
dövlət hakimiyyəti orqanlarına, idarələrə, təşkilatlara, müəssisələrə və ya
vəzifəli şəxslərəverirlər.
Dövlət
hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, onların rəhbərləri
və digər vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin
həlli, onların səlahiyyətinəaid olmadıqda, bunları beş gündən gec
olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət
edənə məlumat verir, şəxsi qəbul zamanı isə hara müraciət
etmək lazım olduğunu izah edir.
Müraciətdə göstərilən
məsələyə baxıldıqda və bu
barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət
baxılmış hesab olunur.
Dövlət
hakimiyyəti orqanı başqa orqanlara, idarələrə, təşkilatlara,
müəssisələrə vətəndaşların müraciətlərini
aiddiyyəti üzrə baxılması üçün göndərdikdə və həmin
müraciətin baxılması nəzarətdə saxlandıqda isə həmin orqanlar,
idarələr, təşkilatlar müəssisələr müraciətlə bağlı dövlət hakimiyyəti
orqanına əsaslandırılmış və bu Qanunda
nəzərdə tutulmuş müddətdə cavab verməlidir. Dövlət hakimiyyəti
orqanına müraciətlə bağlı cavab məktubu müvafiq orqanın, idarənin,
təşkilatın, müəssisənin rəhbəri tərəfindən imzalanmalıdır.
Müraciəti qəbul
etməkdən imtina qadağandır.
Yazılı müraciət
vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, atasının adı,
soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.Müraciətdə həmin
məlumatlar göstərilmədikdə onlar anonim sayılır. Anonim
müraciətlərə baxılmır.
Vətəndaşların şikayətlərini
baxılmaq üçün qanuna zidd hərəkətlərindən
(hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya
vəzifəli şəxslərə göndərmək qadağandır.
Dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və
cavablandırılması işini elektron formada həyata keçirə bilər.
Maddə 8. Müraciətlə bağlı kargüzarlığın aparılma qaydası
Vətəndaşların
təklif, ərizə və şikayətləri mütləq kargüzarlıqda qeydiyyatdan
keçirilir. Sənədlərə daxil olma tarixini və nömrəsini
göstərən ştamp vurulur. Vətəndaşların tələbi
ilə təklifin, ərizənin və şikayətin qeydə alınma nömrəsi
və tarixi ona bildirilir. Vətəndaşların müraciətləri
ilə bağlı aparılan kargüzarlıq işini orqanın rəhbəri təmin edir.
Kargüzarlıq
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qaydada aparılır.
Maddə 9. Qərardan şikayət etmək hüququ
Öz
təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş qərarla
razılaşmayan vətəndaş bu qərarı qəbul etmiş orqanın, idarənin,
təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin bilavasitə tabe
olduqları orqana və ya vəzifəli şəxsə həmin qərar
barəsində şikayət etmək hüququna malikdir.
Şikayətlər
qanunvericilikdə nəzərdə tutulan qaydada
məhkəməyə verilə bilər.
Maddə 10. Müraciətə baxılma müddəti
Qanunvericilikdə
nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət
nəzərdə tutulmamışdırsa 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması
tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır.
Müraciətə baxılmaq üçün
xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa
tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın,
müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini
müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Bu barədə müraciət
edən vətəndaşa, müraciətin baxılması dövlət hakimiyyəti
orqanı tərəfindən nəzarətdə saxlandıqda isə dövlət hakimiyyəti
orqanına məlumat verilməlidir.
Hərbi
qulluqçuların və onların ailə üzvlərinin müraciəti daxil olduğu
gündən etibarən ən geci 15 gün ərzində baxılır.
Əgər məlumatın
verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması
nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə
dərhal, bu mümkün olmadıqda isə, 24 saatdan gec olmayaraq baxılmalıdır.
Maddə 10-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı
müraciətlərə baxılmasının xüsusiyyətləri
10-1.1. Dövlət hakimiyyəti orqanlarında korrupsiya ilə
əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə bu maddənin xüsusiyyətləri nəzərə
alınmaqla, bu qanuna müvafiq olaraq baxılır.
10-1.2.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət daxil olduqda, dövlət
hakimiyyəti orqanının rəhbəri tərəfindən müraciət üzrə xidməti araşdırma təyin
edilir. Xidməti araşdırma müvafiq dövlət hakimiyyəti orqanına daxili nəzarət
xidməti tərəfindən həyata keçirilir. Xidməti araşdırma 20 gün müddətində başa
çatdırılmalı və nəticəsi dövlət hakimiyyəti orqanının rəhbərinə təqdim
olunmalıdır. Əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım
gəldiyi hallarda dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən bu müddət daha
10 gün uzadıla bilər.
10-1.3. Dövlət
hakimiyyəti orqanının rəhbəri xidməti araşdırmanın nəticəsini aldıqdan sonra
müraciət üzrə aşağıdağı qərarlardan birini qəbul edir:
10-1.3.1. müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda
əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər
olduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tədbirlər
görülməsi, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə isə müvafiq
sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna
göndərilməsi barədə;
10-1.3.2.
müraciətin əsaslı olduğu təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati
və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda, aidiyyəti şəxslərin Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb
edilməsi barədə;
10-1.3.3.
müraciətin əsaslı olması təsdiq edilmədikdə, şikayət üzrə icraata xitam
verilməsi barədə.
10-1.4. Qəbul
edilmiş qərar haqqında müraciət etmiş şəxsə əsaslandırılmış cavab verilməklə,
ona həmin qərardan şikayət vermək hüququ izah edilir.
10-1.5. Dövlət
hakimiyyəti orqanının rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət
verilə bilər. Bu müddəa şəxsin dövlət hakimiyyəti orqanının rəhbərinin qərarından
məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.
10-1.6. Dövlət
hakimiyyəti orqanları hesab edilməyən dövlət idarə, müəssisə və təşkilatlarında
korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə 20 gün müddətində bu
qanunla müəyyən edilmiş ümumi qaydada baxılır.
Maddə 11. Bu Qanunun pozulmasına görə məsuliyyət
Dövlət
hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri
vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul
edilməsinin və onlara baxılmasının təşkiliüçün məsuliyyət daşıyırlar.
Vətəndaşların
təklif, ərizə və şikayətlərinə baxılması üçün müəyyən
edilmiş qaydanı pozmaqda, habelə təkliflər, şikayətlər
verməklə əlaqədar olaraq, yaxud
onlardakıtənqidə görə vətəndaşları təqib etməkdə təqsiri
olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq olaraq intizam,
mülki-hüquq və cinayət məsuliyyəti daşıyırlar.
Vətəndaş böhtan
məqsədilə ərizə və ya şikayət verdikdə,
qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
Maddə 12. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə
baxılması qaydası
Əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
üraciətlərinə baxılması Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası müqavilələr ilə başqa qayda
nəzərdə tutulmayıbsa, bu Qanunla tənzimlənir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri,
10 iyun 1997-ci il
№ 314-IQ/
Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən "Vətəndaşların sosial hüquqlarının təmin edilməsi istiqamətində maarifçilik tədbirləri” layihəsi çərçivəsində çap olunur.