Avropa Oyunlarının məşəlinin yandırılacağı tarix dəqiqləşdi

İyunun 12-dək 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəlinin alovlandırılacağı tarix dəqiqləşib.


Sabahinfo.az-ın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimovjurnalistlərə açıqlamasında bu tarixi hadisənin aprelin 26-da yaşanacağını deyib.

O bildirib ki, məşəl yandırıldıqdan sonra Azərbaycanın region və şəhərlərini gəzəcək. Məşəli ölkəmizin ərazisində tanınmış şəxsiyyətlər və idmançılar bir-birinə təhvil verəcəklər. Aprelin 26-da yandırılacaq məşəl iyunun 11-də yenidən paytaxta qaytarılacaq.

Qeyd edək ki, məşəlin 51 şəhərimizdə olması nəzərdə tutulub.