"Futbolçularım əlindən gələni etdilər ki, çox güclü rəqibimizə qalib gələk. Almaniyaya penaltilərdə uduzmaq ayıb deyil. Biz də mərhələni keçə bilərdik. Komandamla fəxr edirəm".
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Antonio Konte Almaniyaya uduzduqları oyundan sonra deyib.
Komandasının oyunundan razı qaldığını deyən baş məşqçi İtaliya millisindən ayrılması haqda da danışıb. O, yenidən milliyə qayıdacağına işarə vurub: "Mən yalnız penaltilərə görə məyusam. Oyuna gəldikdə isə komandamız yaxşı təsir bağışladı. Futbolçularım özlərini sübut etdilər. Sevinirəm ki, bu cür komanda yaratdıq. Rəqibləri indi İtaliyaya hörmət edir və onlar komandamızdan qorxurlar. Mən milliyə əlvida yox, hələlik deyirəm".