Almaniya Qran-Prisində ikinci gün daha 4 medal şansımız

Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri beynəlxalq turniri keçirilir. 

Sabahinfo.az Azərbaycan Güləş Federasiyasına istinadən bildirir ki, ilk yarış günündə güləşçilərimiz 4 qızıl və 1 gümüş medal qazanıblar. Qızıl medalları yığmamıza yunan-Roma güləşçisi Rafiq Hüseynov (75 kq), sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Xetaq Qazyumov (97 kq) qazandırıblar. Şərif Şərifov (86 kq) isə gümüş medala yiyələnib. 

Turnirin ikinci yarış günündə 57, 61, 70 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışır. 

57 kq 
1/4 final - Mircəlal Həsənzadə - Artur Eisenkrein (GER) 

61 kq 
1/4 final - Abbas Raxmonov (UZB) - Hacı Əliyev 

70 kq 
1/4 final - Haydar Yavuz (TUR) - Gitinomaqomed Hacıyev 

125 kq 
1/8 final - Cəmaləddin Məhəmmədov - Dmitri Popov (KAZ)

Yarışı aşağıdakı linkdən canlı izləmək mümkündür.