Bakıda avtomobillərin parklanması üçün ödənişi SMS vasitəsilə həyata keçirmək mümkün olacaq. sabahinfo.az saytı xəbər verir ki, bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.
Mənbənin sözlərinə görə, bu layihə Bakı şəhər İcra Hakimiyyəti və Bakcell MMC tərəfindən həyata keçiriləcək.
Hazırda layihə BŞİH tərəfindən baxılmaqdadır və təsdiq olunduqdan sonra həyata keçiriləcək. Parklama ödənişi üçün abonent balansından istifadə olunacaq.