Bakıda "Shacman” maraklı yük maşını qəza törədib.
sabahinfo.az-ın FHN-in saytına istinadən məlumatına görə, Xətai rayonunda "Shacman” markalı yük avtomobili yolun kənarındakı beton divara çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.