Elxan
Zal Qaraxanlının "Anıt məzar dastanı” poeması nəzm və nəsrin qarşılıqlı əlaqəsi
formasında yazılmışdır.Poemanın əsas qəhrəmanı Heydər Əliyev olsa da, müəllif
bu tarixi şəxsiyyətin obrazı kontekstində dövlət və dövlətçilik, millət və millətçilik
prinsiplərini poeziyaya gətirmişdir.Poema yurdumuzun tarixən şahid olduğu hadisələrə
nəzər salmaqla başlanır."Burda Keyxosrovun kəsilmiş başı, Tuluğun içində al qan
içibdir” misraları ilə Tomris dönəmindən üzü bəri dövlətçilik tariximizə qısa nəzər
salınır.Əsərin əvvəlindən bu torpaqda böyümüş türk qadınlarının şücaəti
xatırladılır.İnsan başından qüllələr yapdıran Feyləqus oğlu İskəndərə Bərdə
qızı şanlı Nüşabənin qadın qeyrətini göstərərək onu heyrətə gətirməsi şairin
türk qadınının şərəfli keçmişinə ehtiramıdır."Oquzun mübarək bahadırları, Qobuzla yaydılar ulu
islamı” sətirləri iləşair həm də qobuzunu çalan Dədə Qorquddan, Leylayla Məcnun,
Xosrovla Şirin hekayətini qələmə alan Nizami Gəncəvidən söz açır. Mənəvi təkamülə
gətirib çıxaran bu gerçəkliklərin səbəbini həmin dövrdəki türk dövlətlərinin
qüdrəti ilə əlaqələndirir. Bunlarla yanaşı, türkün tarixi simalarından Çingiz
xan, Nəsrəddin Tusi yad olunur. Qara qoyunlu, Ağ qoyunlu, qızılbaşlar kimi dövlətçilik
ənənələrini misal çəkir. Bu dövlətlər "zülmətə bürünmüş orta çağları” işıqlı gələcəyə
aparan əsas siyasi mərkəzlər kimi təqdim edilir. "Didilib-dağılmış bu
torpaqları, Bir bayraq altında yığdı İsmayıl” deyərək əsərin əvvəlində İsmayıl
şahın milli görəvini məqsədyönlü şəkildə nümayiş etdirir. Çünki əsər boyu Şah
İsmayılla bağlı epizodlara bir neçə dəfə rast gəlirik. Onun qurduğu imperiyanı
sonralar ruslar fürsəti əldən verməyərək çökdürməyə can atdılar. Nəticə isə çox
acınacaqlı oldu ki, "Qəflət mürgüsündə dəm alanda biz, Bakıdan aralı salındı Təbriz”.
Bu klassik tarixi və itirilmiş qüdrəti yada salmaqda müəllifin məqsədi keçmiş
ilə indinin arasında məntiqli bir körpü yaratmadır. Şah İslmayıldan sonra yenidən
dirçəlişi müşkilə çevrilən bir məmləkətdə "Xalqın gözlədiyi heydərdi-gəldi”. Maraqlı
cəhət odur ki, şair nəzmlə verilən həmin girişdə sözlərin əksəriyyətini qədim
türkcədə yazıb.
Nəzmlə verilən girişdən sonra "Bu ulu məzara
əyil, Tanrını tanı, atanı bil, Anıt məzara gəl” başlıqlı fəsil gəlir. "Anıt Məzarda”
başlıqlı bölümdə şair fikirlərini həm nəsrlə, həm də nəzmlə bölüşür. Belə təsvir
olunur ki, bir fevral səhərində şair dostu Natiq Namazovla əski türk üslubunda
bir məzarın önündədir. Bu təsvir son dərəcə səlis nəsr dili ilə qələmə alınıb.
Həmin məzar qədim türklərin xaqanların üstündə yapdıqları kurqanları
xatırladır. Şair bu məzarın sahibi üçün istəyini dilə gətirir: "O Azərbaycan
adlı bir abidə qurdu, mən ona könüllərdə abidə qurmaq istəyirəm”. Həm də Heydər
Əliyevin özəl cəhətini özünəməxsus düşüncə ilə ifadə edir: "Dünyanın yarısına
hökm edən bir imperiya onun iradəsi ilə hesablaşırdı və biz də buna görə,
onunla fəxr edirdik- böyük bir imperiyanın hesablaşdığı Azərbaycan oğluyla”. Müəllif
Heydər Əliyevin Azərbaycanı tanıtma üsulu kimi xalqımızın dahi söz adamlarını
dünyada tanıtmaq yolunu seçməsini xüsusi rəğbət hissi ilə qeyd edir. Çünki o,
bununla öz ölkəsini müstəqilliyə hazırlayırdı. Şair Heydər Əliyevin Moskvada
çıxan "Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibəsini bütün Sovetlər Birliyinin
müzakirə etdiyini də bilərəkdən poemaya əlavə edir. Səbəbi odur ki, "Axı o, on
yeddi imperiya qurmuş fatehlər nəslindən idi. Onun rəhbərlik etdiyi ölkə
imperiyanın bir hissəsi olsa da, imperiya özü onun babalarının qurduğu səltənətin
davamı idi”. Göründüyü kimi poemada müəllifin əsas məqsədlərindən biri də mənsub
olduğu millətin şanlı tarixini sərgiləməkdir. Şair bir məsələyə xüsusilə önəm
verərək, diqqətə çatdırmaq niyyətindədir ki, "O, böyük bir imperiyanın başında
dura bilərdi, o, dünyanın yarısına hökm edə bilərdi…Amma öz Azərbaycanının
xilaskarı oldu”.Bu səbəbdən də onunStalin kimi "xalqlar atası” yox, öz xalqının
atası olduğu önə çəkilir.Poemada nəsr hissələri üstünlük təşkil etsə də, əsərin
məğzi şeir parçalarında açılır.Bu şeirlərin birmənalı olaraq hədəfi milli
özünütəqdimdir."Türk oğlu boyun əyməz.Adsız məzarları uyudan kişilər hələ
varsa, el matəm libası geyməz” tipli misralar buna sübutdur.Həmin şeir
parçasında türkün boz qurd gələnəyindən tutmuş, müasir dünya düzənində oynadığı
rola qədər hamısı obrazlaşdırılır.
Əsərin
nəsrlə yazılan hissəsində müəlliflə yanaşı digər bir ziyarətçinin də adı çəkilir.Natiq
adlı bu obrazı şair qısaca belə xarakterizə edir. "Sadəcə bilir ki, örnəyi
olmayan xalq siyasət cəngəlliyində qurda-quşa yem olur...”Poemanın əsas məziyyəti
ondan ibarətdir ki, yazar əsərin qəhrəmanının timsalında türkün cahangirlik
tarixini sərgiləyə bilmişdir.Heydər Əliyevi qırx altı ilə yüz minlik çin
ordusunun qarşısına çıxan Kürşadla müqayisə edərək, onun Gəncə qiyamçılarının
qarşısına tək çıxmağını həmin sərkərdəyə bənzədir.
Əsərdə
qeyd edilir ki, bütün millətlərin tarixində qurucu atalar olur.Şair qəhrəmanını
rusların Pyotru, amerikalıların Vaşinqtonu, Türkiyənin Fatehi və Atatürkü ilə
müqayisə edir.Azərbaycanın da qurucu atası olmaq missiyası Heydər Əliyevin üzərinə
düşdüyü vurğulanır. O da Şah İsmayıl kimi dayanıqlı dövlət qura bildi.Bu səbəbdən
də şair məzar önündə düşünür ki, onun cismi sevdiyi məmləkətdə uyusa da, ruhu
Tanrıdağda "Ulular uçmağında”, qırx pirin arasındadır.Ona görə də, rəhbərin dəfn
günü on minlərlə ümidsizlik hisslərinə bürünmüş insan seli "Fəxri xiyabana”
doğru axırdı.Səbəbi də belə göstərilir ki, o, hələ sovetlər dönəmindən ölkəsində
müstəqilliyin təməlini yaradırdı.Bunu sübut edən amillərdən biri kimi Azərbaycan
dövlətçiliyinin simvolu olan İsmayıl şaha heykəl qoydurması və Bakı
rayonlarından birinə onun adının verilməsini qeyd edir.
Poemanın
gedişində şair yenidən Şah İsmayılla bağlı fikirlərinə dönür.Bu dəfə onun milli
dövlətçilik şüarının mahiyyətindən söz açır."Qızılbaşlıq duyğusu bizim içimizdədir,
qızılbaşlıq bizim genetik kodumuzdadır.Qızılbaşlıq türkün İslam sevdasıdır,
qızılbaşlıq Azərbaycan duyğusudur”- yazaraq İsmayıl şahın inandığı gerçəkliyin
onun milli ruhundan qidalandığını nəzərə çatdırır.Şair qızılbaşların tarixinə və
mahiyyətinə də diqqəti yönəldir, habelə Heydər adının həm də Şah İsmayılın
atasının adı olmasını yada salır.Bununla yanaşı, səfəvilərin tarixində islamın
həlledici rolu haqqında da mülahizələrini yürürdür.Hətta Şah İsmayılı peyğəmbər
nəslindən olan biri kimi qələmə verir.Belə bir mübaliğə onun milli kimliyi barədə
suallar yarada bilər.Azərbaycan ideyasının onun adıyla tarixdə təşəkkül tapdığı
qeyd olunur. O, ilk mərkəzləşmiş türk Azərbaycan dövləti yaratmağı qarşısına məqsəd
qoyur."Türküstandan gələn türk-İslam missionerləri əski türk inanclarını Əli
kultuna sintez edə bilmişdilər və İslamın bu şəkildə izahı sadə türk insanına
daha yaxın idi” kimi misallar bunu deməyə əsas verir.
E.Z.Qaraxanlı
poemadaƏhməd Yəsəvinin və Hacı Bektaşın təlimlərinin mahiyyətindən də bəhs
edir. Hətta türklük barədə özünəməxsus izahlar da verir: "...Amma kəndlərdə və
çöldə yaşayan köçəri türk əhalisi fars dilini anlamırdı. Buna görə şəhərlərdə
yaşayanlar özlərini müsəlman, köçəri həyat sürənlər isə türk adlandırırdılar.Yəni
türk məfhumu milli deyil, daha çox sosial mahiyyət daşıyırdı”.Bu, təbii ki, müəllifin
şəxsi qənaətinin təzahürüdür.Poemada Səfəvilər dövlətinin qurulmasının və
apardığı mübarizələrin də özünəməxsus izahları verilmişdir."Səfəvi dövləti
İranda Azərbaycan dövlətinin üçüncü mərhələsidir” sözləri ilə İran coğrafi məkanında
yaranmış türk mənşəli dövlətlərin varlığına eyham vurur.
Əsərin
quruluşu ilə bağlı maraqlı manevrlərdən biri dörd bəndlik altılıqdan sonra
Böyük Sufinin Dedi-Dedilər formasında verilən dialoqudur. "İstədilər” rədifli
beş bəndlik gəraylıdan sonra şair Azərbaycan ulusunda, Tovuz şəhərində
doğulmağına belə məna verir. "Böyük bir məmur da ola bilərdim, amma şair
oldum... Savaşı olamayan bir xalqın
"Savaş ayələri”ni yazdım”. Lakin bu "savaşı olmayan” ifadəsi sual doğurur ki,
necə ola bilər ki, bir xalqın milli genetikası türkdən törəmə olsun, amma onun
savaşı olmasın. Təbii ki, olmayan savaşa da ayə yazmaq mümkün olmazdı.Hətta
şair bu məqamda fürsətdən istifadə edib məmləkətimizdə onu qane etməyən çatışmazlıqlar
barədə gileylənir."İnsanın özünü azad etməsi üçün onun genetik kodunu azad etməsi
lazmdır” qənaətini bölüşür. Müəyyən
qədər din və dövlət barədə düşüncələrinə də yer ayırır: "Hərə allahı dərk
etdiyi şəkildə, ona uyğun dövlət və cəmiyyət yaradır” tipli mülahizələrini də
irəli sürür.
Poemada
əsas diqqət türkün tarixinə və bu tarixin düzgün araşdırılmasına yönəldilib.Şair
"Şumernamə”si ilə Altay nəzəriyyəsinin tərəfdarlarını çaşbaş qoyan Oljas
Suleymenovun Aralıq dənizi hövzəsində yaşayan xalqların dillərindəki türk
komponentlərini müəyyən etməsini xüsusilə vurğulayır.Yəni Aralıq dənizi hövzəsi
türklərin ana vətənləri olmuşdur, Altaydan köç edib ora gələnləri genetik
yaddaş geri qaytarır.Ən önəmlisi də odur ki, şair türklərin Azərbaycan və qonşu
ərazilərə sonradan köçərək gəldiklərini yox, yerli xalq olduğunu əsaslandıra
bilir.
"Tarixə
döndükcə altun saraylar, Çadırlar içində tarix doğuldu” kimi misraları olan beş
bəndlik dördlükdən sonra mövzu türkün qədim tarixindən Azərbaycanın ən yeni
tarixinə yönəlir. Söz Qanlı 20 Yanvardan salınır.Onun baş vermə səbəbləri və nəticələri
şərh edilir.Qarbaçovun Heydər Əliyevi Siyasi Bürodan məqsədli şəkildə
uzaqlaşdırması bildirilir.SSRİ-də türk-müsəlman faktorunu azaltmaq üçün
Qarbaçov bunları bilərəkdən edirdi:"Bəlkə də, o qanlı yanvar gecəsi Bakı küçələrində
törədilən vəhşilik Qarbaçovun Heydər Əliyevə olan nifrətindən qaynaqlanırdı,
onun xalqını qırmaqla ona göz dağı vermək istəyirdi. Bu adi nifrət deyildi, bu
liliputun Qulliverə olan nifrətiydi” kimi şərhlərlə faciəyə öz baxış bucağını
nünayiş etdirir. O dönəmlər həmin qırğına qarşı susan Türkiyə prezidentindən fərqli
olaraq Heydər Əliyevin "bir millət, iki dövlət” konsepsiyasını irəli sürdüyü
alqışlanır. Azərbaycan olmayan yerdə türk birliyi də ola bilməz həqiqətini təsdiqləyir.
Bu iki türk dövlətinin uzunmüddətli müttəfiqlərə çevrilməsinin səbəbkarının da
Heydər Əliyev olduğu söylənilir.Bu birlik müharibə vaxtı dərk edilməsi vacib
olan ən mühüm məsələlərdən idi."Qarabağ savaşında bizim nizami ordumuz olmasa
da, arslanürək igidlərimiz vardı və onlar bu məmləkəti daha böyük itkilərdən
qorudular...” sözləri ilə yazar həmin müharibənin gerçəkliklərinə də nəzər
yetirir.Vurğulanır ki, xalqımız bu günə bütöv halda gəlib çıxmasına görə "adsız
məzarlara” borcludur. Bu əhvalatlar "Qoy bizə heç kimin yazığı gəlməsin” rədif
misralı dörd bəndlik beşliklə tamamlanır...
Şair
türkün varlığı ilə bağlı daha vacib məsələlərə toxunur.Adətən tarixdə döyüşkənlikləri
ilə ad çıxaran türklərin 1893-cü ildə V.Tomsen tərəfindən tapılan yazılı abidələri
həm də onların sivil mədəniyyətə sahib olduqlarını sübut etdiyini qeyd edir."Bu
əlifbanın oxunduğu gün türk etnosunun tarixinə baxış bucağı dəyişdi”- kimi
faktlarla qərbin şərqə yenidən göz gəzdirməsini etiraf edir.Ona görə də,yazar təklif
edir ki, dekabrın 15-nə təsadüf edən bu günü bütün türk xalqlarının əlifba
bayramı hesab etmək lazımdır."Biz yüz illər boyu yabançı təbliğatın təsiri
altında əksiklik kompleksi ilə yaşamışıq, hətta siyasi hegemon olanda belə, mənən
özümüzü başqalarının vassalı etmişik” kimi etiraflar, gələcəkdə eyni tipli səhvlərə
yol verməmək üçün diqqətə çatdırılır.Bütün bunlara rəğmən türk milli özünəqayıdışı
əsas amildir. Bugünki dünyanın bütün güclü ölkələri öz milli köklərinə dönüş edərək
inkişafa nail olmuşlar. Türkün də gələcək taleyi bundan asılıdır.Əgər əzəmətli
keçmişi olmayan bir sıra avropa ölkələri yoxdan var etməyi bacarıbsa, onda gərək
türkanə keçmişi olan türk dövlətləri daha da irəli getsinlər.Şair inanır ki,
Yeseninin "türk gözəli” kimi vəsf etdiyi Bakı Türkiyə ilə Türküstan arasında
daim körpü olacaq.Bakı müstəqil bir dövlətin paytaxtı olmaq üçün 20 Yanvar kimi
tarixi imtahandan keçmişdir.Buna görə də müəllif yazır ki, "Hürrü almaq qəliz
işdir, hürr yaşamaq ondan qəliz”.
Əsərin
sonlarına yaxın müəllif Heydər Əliyevi Atatürklə əvəz edir.Necə ki, Atatürk
birinci dünya müharibəsindən sonra Anadoludakı min illik hakimiyyətlərinə son
qoyulmaq təhlükəsi olan türklərə bir ər kimi göndərildi, eləcə də əsrin
sonlarında Heydər Əliyev azərbaycanlılara bir ər kimi göndərildi.Atatürk
imperatorluğu xilas edə bilməsə də, Türkiyəni və türklüyü xilas edə bilmişdi.Heydər
Əliyev də dövlət quruculuğunda onun qoyduğu irsdən bəhrələndi.Türkün şanlı
tarixini və hökmdarlarının həyatını dərindən bilən və bunu həmişə təbliğ edən
Oljas Suleymenovun da Heydər Əliyevi o sərkərdələrin davamçısı hesab etdiyi
yada salınır.
Müəllif
müstəqilliyin ilk illərində verdiyimiz qurbanların səbəbini də Heydər Əliyevin
həmin dövrlər hakimiyyətdən uzaqda olmasında görür. O milləti inandırdı ki,
siyasi məharət hərbi məharətdən daha da səmərəli ola bilər. Əsərin sonlarına
yaxın şair türk gəncliyini öz milli kimliyini dərk etmək üçün anıt məzarı ziyarətə
səsləyir.
Gülnar
Səma