Azərbaycan xalqının dövlətçilik tarixində 28 may gününün xüsusi yeri və rolu var. 1918-ci ilin 28 may günündə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması tarixi hadisə idi. O zamankı məhdud imkanlar hesabına formalaşdırılan Cümhuriyyət qısa zamanda bir sıra mühüm işlər gördü. Şərqin və müsəlman aləminin ilk demokratik və dünyəvi parlament respublikası kimi tarixə düşməklə yanaşı qadınlara seçim haqqı verən, iqtisadi və siyasi məsələlərdə öz prnsipiallığı ilə seçilən Azərbaycan Xalq Cümhuriyyəti ilə Azərbaycanda milli dövlətçilik ənənələrinin əsası qoyuldu.
6 bənddən ibarət İstiqlal Bəyannaməsində deyilirdi: Bu gündәn etibarәn Azәrbaycan xalqı hakimiyyәtә malik olduğu kimi, Cәnub-Şәrqi Zaqafqaziyanı әhatә edәn Azәrbaycan da tam hüquqlu müstәqil bir dövlәtdir, Müstәqil Azәrbaycan dövlәtinin idarә forması Xalq Cümhuriyyәtidir, Azәrbaycan Xalq Cümhuriyyәti bütün millәtlәrlә, xüsusilә qonşu olduğu millәtlәr vә dövlәtlәrlә mehriban münasibәtlәr yaratmaq әzmindәdir, Azәrbaycan Xalq Cümhuriyyәti milliyyәtindәn, mәzhәbindәn, sinfindәn, silkindәn vә cinsindәn asılı olmayaraq öz sәrhәdlәri daxilindә yaşayan bütün vәtәndaşlarına siyasi hüquqlar vә vәtәndaşlıq hüququ tәmin edir, Azәrbaycan Xalq Cümhuriyyәti öz әrazisi daxilindә yaşayan bütün millәtlәrin sәrbәst inkişafı üçün geniş imkanlar yaradır, Müәssislәr Mәclisi toplanıncaya qәdәr Azәrbaycanın başında xalqın seçdiyi Milli Şura vә Milli Şura qarşısında mәsuliyyәt daşıyan Müvәqqәti hökumәt durur. Bu sənəd yalnız hüquqi bir akt deyil, eyni zamanda əsrlər boyu öz müstəqilliyini qoruyub saxlamağa çalışan bir xalqın daxili iradəsinin rəsmi ifadəsi idi. Bəyannamə milli kimlik şüurunu möhkəmləndirdi, torpaq, dil, mədəniyyət və tarix ətrafında formalaşmış kolektiv şəxsiyyəti hüquqi müstəviyə çıxardı.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik baxımından son dərəcə mühüm addımlar atıldı. Bu dövr ərzində milli ordu quruldu, dövlət idarəetmə sistemi yaradıldı, xarici ölkələrlə diplomatik əlaqələr quruldu. Həmçinin milli pul vahidi dövriyyəyə buraxıldı, milli təhsil və mədəniyyət müəssisələri fəaliyyətə başladı.
Mürəkkəb siyasi situasiyaya abxmayaraq o zaman AXC rəhbərliyinin Paris Sülh Konfransında iştirakı, orada mühüm görüşlərin keçirilməsi AXC-nin xarici siyasətdə əldə etdiyi uğurlardandır.
Onu da bildirək ki, Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılışı olub, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı