Hər zaman bizə göstərdiyin qayğı, verdiyin dəyər və səbrin üçün sənə minnətdaram. Saçındakı hər dən, üzündəki hər qırış mənim üçün illərin qazandırdığı müdriklik və gözəllikdir. Arzu edirəm ki, yeni yaşın sənə yalnız xoşbəxtlik, hüzur və təbəssüm gətirsin. Üzündən sevinc əskik olmasın, qucağın hər zaman isti olsun. Həyatın bizə bəxş etdiyi ən böyük hədiyyəsən.