Göygöldə iki azyaşlı dəm qazından boğularaq ölüb

Göygöldə dəm qazından zəhərlənmə olub. sabahinfo.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.

 

Gəncə sakini, 1976-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.

 

Hadisə nəticəsində uşaqlar vəfat edib, qadın Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır  olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.