Göygöldə iki azyaşlı uşaq dəm qazından zəhərlənərək ölüb

Göygöldə dəm qazından zəhərlənmə olub.

sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.

Gəncə sakini, 1976-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.

Hadisə nəticəsində uşaqlar vəfat edib, qadın Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.