Ronaldunun yeganə problemi

"Sevilla"nın baş məşqçisi Xorxe Sampaoli müasir futbolun ulduzları Ronaldu və Messi barədə fikirlərini bildirib. Goal.az xəbər verir ki, argentinalı mütəxəssis bunları deyib:

"Ronaldu rəqib qapılarına yaxın çox gözəl oynayır. O, hücumların sona çatdırılmasında həlledici fiqurdur. Onun yeganə problemi budur ki, Messi ilə eyni dövrdə futbol oynayır.

Leo ilə çalışmaq sadəcə arzudur. Həmişə demişəm ki, Argentina millisinə rəhbərlik etmək istəyirəm. Messinin məşqçisi olmaq şərəfdir. Bu məsələdə hər şey mənim əlimdə deyil".