Şəki rayonunda yanğın olub. Sabahinfo.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Aşağı Göynük kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 12:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.