Şəmkirdə gənc qadın iş yerində müdiri tərəfindən döyülüb

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

sabahinfo.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Ağ ev qəsəbəsində kirayədə yaşayan 1990-cı il təvəllüdlü Azima Əliyeva qabırğaların sınığı diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının sözlərinə görə, onu işlədiyi kafenin müdiri döyüb.

Faktla bağlı araşdırma aparılır.