Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.
Sabahinfo.az xəbər verir ki, həlledici oyunda İspaniya və Fransa milliləri qarşılaşıb. Milandakı "San-Siro" stadionunda keçirilən görüşdə Fransa rəqibinə qalib gəlib - 2:1. Bununla da komanda Millətlər Liqasının qalibi olub.
Həmçinin bu gün İtaliya və Belçika yığmaları üçüncü yer uğrunda üz-üzə gəlib. İtaliya rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Komanda Millətlər Liqasının 3-cüsü olub.
10 oktyabr
UEFA Millətlər Liqası, final mərhələsi
Final
22:45. İspaniya - Fransa - 1:2
Qollar: Oyarzabal, 64 - Benzema, 66. Mbappe, 80.
Baş hakim: Entoni Teylor (İngiltərə)
Milan. "San-Siro" stadionu
Üçüncü yer uğrunda görüş
17:00. İtaliya - Belçika - 2:1
Qollar: Barella, 46 (1:0), Berrardi, 65 pen. (2:0), De Ketelare, 86 (2:1)
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Turin. "Yuventus" stadionu
Qeyd edək ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.