GƏNCƏ DÖVLƏT KUKLA TEATRINDA KƏLAĞAYIDAN BƏHS EDƏN KONSERT  KEÇİRİLİB

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2024-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində kəlağayıdan bəhs edən konsert keçirilib.

Layihə əsasında rellaşan ilk  konsert  7 iyul 2024-cü ildə Gəncə şəhərindən  start götürüb. Layihə çərçivəsində  '''Azərbaycan kəlağayılarının təbliği" adlı konsert tamaşaçılara təqdim olunub.

Konserti giriş  sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi  İctimai Birliyinin sədri,    Kəlağayı Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlı açaraq, qonaqları salamlayıb. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Güllü Eldar Tomarlı layihənin mahiyyəti haqqında ətraflı məlumat verərək Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə təşəkkür edib. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2024-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ' Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində Bakı, Gəncə, Qazax, Şəki və Şamaxı  rayonlarında kəlağayıdan bəhs edən konsertlərin  keçiriləcəyini bildirib. Güllü Eldar Tomarlı qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri, yorulmaz səyləri nəticəsində ölkəmizin 23 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Onlardan biri də ənənəvi 24-28 noyabr 2014-cü il tarixdə Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu siyahısında Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilmişdir. Bu münasibətilə 26 Noyabr – Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunur. Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır! Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılmışdır. ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin təşkil olunmasında da əsas məqsəd milli atributlarımızdan olan, analarımızın ismət rəmzi sayılan kəlağayını, kəlağayı sənətini yaşatmaq, təbliğ etməkdir. Layihə rəhbəri Azərbaycanın müqəddəs atributlarından biri olan, analarımızın, nənələrimizin yaraşığı olan kəlağayı haqqında keçirilən  tədbirlərin sevgilərlə, heyranlıqla, alqışlarla qarşılandığından qürur duyduğunu deyib. O,  çıxışında kəlağayımıza Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident  Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində qiymət verildiyini, dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulayıb. 

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrimizdən olan kəlağayının əvvəlki şan şöhrətini özünə qaytarmaq üçün təbliğinə böyük ehtiyac vardır. Belə təbliğ formalarından ədəbi-bədii gecələrin, konsertlərin, festivalların təşkilidir. Təklif etdiyimiz layihə çərçivəsində Bakıda və dörd regonda Azərbaycan kəlağayısının beynəlxalq səviyyədə tanınmasının 10 illiyi münasibətilə konsert proqramları və qədimi kəlağayıların sərgisi keçiriləcək. Hesab edirik ki, belə təbliğat vasitəsi kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında istifadəsini daha da artıracaqdır.

Sonra isə söz, Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayevaya verilib. O, kəlağayının təbliği, yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün  bu layihənin çox önəmli və vacib olduğunu bildirib.Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri- şair Brilyant Atəş, Mələk İsmayıl, Gəncə şəhər 10 saylı məktəbin müəllimi Aybəniz  Murğuzova  kəlağayı haqqında yazdııqları şeirləri  söylədilər. Aşıq Elbrus Hüseynov, aşıq Firəddin Mehdiyev, balabançı Yaşar Abbasov, Gəncə İncəsənət məktəbinin şagirdləri İlahə Əliyeva, Nicat Abişov, Gəncə-Daşkəsən Regional Mədəniyyət idarəsinin Gəncə Uşaq İncəsənət məktəbinin ''Gəncə Qönçələri'' rəqs ansamblının üzvləri Amin Əliyev və Ümid Məmmədli çıxışları ilə tamaşaçılara xoş ovqat bəxş etdilər. Kəlağayıdan bəhs edən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi tərəfindən hazırlanmış “Azərbaycan kəlağayısının təbliği” adlı konsert  tamaşaçılar tərəfindən sevgilərlə, alqışlarla qarşılanıb. 

"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu çıxış edərək, tədbir iştirakçılarını salamlayaraq, Gəncədə olmaqdan məmnunluq hissi duyduğunu söyləyib. Vüsal Sehranoğlu kəlağayı sənətinin yaranma tarixindən söz açaraq bu sənətin qədim sənət olduğunu söyləyib. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi olaraq kəlağayının yaşadılması, tanıdılması, gələcək nəsillərə ötürülməsi üçün təqdirəlayiq işlər həyata keçirildiyini bildirib. “Azərbaycan kəlağayısının təbliği” adlı layihənin də həmin silsilə tədbirlərin davamı olduğunu qeyd edib və maliyyə dəstəyi üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyi üçün minnətdarlığını bildirib.
Bir-birindən rəngarəng musiqi töhfələri, saz havaları,  kəlağayı haqqında şeirlər, rəqslər  alqışlarla qarşılanıb.

Sonda Güllü Eldar Tomarlı Azərbayycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maddi dəstək üçün, Gəncə şəhəri İcra Hakimiyyətinə, Gəncə- Daşkəsən Regional Mədəniyyət idarəsinə, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayevə təşkilati dəstək üçün təşəkkürünü bildirib.