Ekologiyanın Qorunmasına Kömək İctimai Birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2023-ci il tarixdən icrasına başlanan "Gənclərin Ətraf Mühiti Qoruması Təşəbbüsləri" layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirilib.
Tədbir okyabr ayının 10-undan oktayabr ayının 12-inə qədər Qazax rayon Dövlət Sosial İqtisad kollecində, Qazax rayon Mədəniyyət evində və Ağstafa şəhər 3 saylı tam orta məktəbində gənclərin ətraf mühiti qoruması təşəbbüsləri istiqamətində diskusiya xarakterli tədbirlər keçirilmişdir.
Keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri,rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, müəllim və şagirdlər və həmçinin rayonda təbiətin qorunması, ətraf mühitdə abadlıq işlərinin aparılması və yaşıllıqların salınmasında yaxından təşəbbüs göstərən və bu istiqamətdə maraqlı olan gənclər iştirak etdilər.İlk öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şəraiti yaratdığına görə rayon icra hakimiyyətinin başçılarına və rayon rəsmilərinə təşəkkürünü bildirən layihə rəhbəri Hafiz Əzəmmədov layihənin məqsədi haqqında məlumat verdi.Çıxışı zamanı bildirdiki, hər bir Azərbaycan vətəndaşı, gənci təbiətin qorunmasında,yaşıllıqların salınmasında ətraf mühitin çiriklənməsinin qarşısının alınmasında yaxından iştirak etməlidir.Hər bir Azərbaycan vətəndaşı bilməlidirki, ekologiyanın qorunması istiqamətində atılan addımlar nəyinki özümüz üçün həmdə gələcək nəsillərin yaşayışı üçün ekoloji baxımdan təminat yaradır.
Daha sonra geniş məlumat vermək üçün sözü təlimçi-ekspert Fərid Zülfüqara verdi.Təlimçidə öz növbəsində tədbir iştirakçılarına maarifləndirici tövsiyyələrini verdi , tədbir diskusiya şəklində keçdi.
Tədbir iştirakçılarına layihə çərçivəsində nəşr edilmiş maarifləndirmə xarakterli ,dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyin loqosu,layihənin adı qeyd olunan qısaqol köynəklər və papaqlar paylandı.