“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyilə “Erkən nikaha meyl salmağa dəyərmi” mövzusunda növbəti tədbirini Göyçay rayonunun gənc və yeniyetmələri ilə həyata keçirdi.
Tədbirdə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri və layihə rəhbəri Samirə Mustafayeva çıxış edərək gənclərə erkən nikah, təhsildən yayınma və onların fəsadəları haqqında iştirakçılara geniş məlumat verdi.
Digıər çıxışçılar - layihənin ekspert-təlimçisi Nailə İsmayılova, Dağlıq Şirvan Regional nümayəndəliyinin rəhbəri Coşqun İsmayılov, Gənclərin Karyera və İnkişaf Mərkəzinin gənc mütəxəssisi Çinarə xanım, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəlliməsi Səbinə xanım mövzu ilə bağlı öz fikirlərini bölüşərək gənc və yeniyetmələrə öz tövsiyələrini verdilər. Tədbirdən sonra iştirakçılarla qeyri-rəsmi söhbətlər edildi.