"Qazilərə verilən müavinətlərin məbləğinin artırılması məqsədəuyğun olardı".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
"Hörmətli Samir müəllim, baxırıq ki, hamıya pul ayırırsınız. Həmişə müdafiə etdiyim qazilərin də "1 abbasının" verilməsini xahiş edirəm. Hamıya pul paylayırsınız, onların da heç olmasa “bir abbasını” verin. Onların müavinətləri də qalıb. İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Qaziləri bununla sevindirmək olar. Hamısı istəyir, harda görürlərsə qeyd edirlər”, - deyə deputat bildirib./unikal