Heydər Əliyev siyasətinə sadiqlik

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri xalqımızın xilaskarı, Azərbaycan  tarixinə qızıl hərflərlə yazılmış dahi şəxsiyyət, müstəqilliyimizi dərin zəkası ilə qoruyub saxlayan, dövlətçiliyimizi yaşadan Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişinin dönüm nöqtəsidir.

 Heydər Əliyev həyatı boyu fəaliyyət göstərdiyi hər bir vəzifədə, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə doğma xalqının rifahı və vətəninin inkişafı üçün əlindən gələni edib. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olundu, ordu quruculuğu başlandı, qlobal enerji layihələri gerçəkləşdirildi, Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət yoluna çıxdı.  Ona görə Ulu Öndərin ölkəmizə istər sovet illərində, istərsə də müstəqillik dövründə rəhbərliyi tariximizi şərəfləndirən hadisələrlə əlamətdardır.  Xalq Heydər Əliyevin ətrafında sıx birləşdi. Bu birliyin məntiqi nəticəsi olaraq ölkəmiz bütün sahələrdə inkişaf etdi, dünya ölkələri arasında öz imzası oldu. Azərbaycan xalqı hər zaman Heydər Əliyev siyasətinə sadiq oldu, inandı. Və bu inam bizi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə öz  torpaqlarımıza qovuşdurdu. Bu gün qüdrətli Azərbaycanın hər uğuru Ulu Öndərin irsinin bəhrəsidir.

Onun “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” kəlamı yolumuzu işıqlandırır.Ümummilli Lider Heydər Əliyev daim Azərbaycan xalqı  tərəfindən hörmətlə anılır, vətən qarşısında xidmətləri heç zaman unudulmur. Siz hər zaman qəlbimizdəsiniz əbədi yaşar Heydər Əliyev!

Müşfiq Məmmədli 
Milli Məclisin deputatı