Milli Məclisdə Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclası keçirilib.
Sabahinfo.az xəbər verir ki, iclasda deputatlar Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında geniş çıxışlar ediblər.
İclasın sonunda Milli Məclisin Heydər Əliyevin 100 illilinə həsr edilmiş bəyanatı qəbul edilib.
Bəyanatı deputat Səbinə Xasayeva oxuyub.
***10:00
Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası başlayıb.
Sabahinfo.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələ daxil edilib.
Xüsusi iclas Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.
MM sədrinin çıxışından sonra iclasın davamında “Heydər Əliyev - zamanın fövqündə” adlı sənədli film nümayiş olunub.
İdeya müəllifi spiker Sahibə Qafarovanın olduğu ekran işi parlamentin arxiv materialları əsasında MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanıb.
Filmdə əsasən Heydər Əliyev və Azərbaycan parlamenti münasibətlərindən bəhs olunub.