Hicran Hüseynova qəbul keçirdi

9 yanvar 2025-ci il tarixində, Yeddinci çağırış 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri olaraq Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüşümüzü keçirdik. Bu görüşdə vətəndaşların müraciətlərini dinləyərək, onların qarşılaşdığı məsələlərin həllinə yönəlik müvafiq addımlar atmağa çalışdıq.

 

Əsasən, ailə-məişət məsələləri, işlə təminat, əmək təqaüdləri və sosial problemlərlə bağlı müraciətlər önə çıxdı. Bir sıra məsələlər dərhal həll edildikdən sonra, digər müraciətlərin araşdırılması məqsədilə müvafiq dövlət qurumlarına sorğular göndərildi.

 

Vətəndaşlarımızın rifahının təmin olunması və qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində mütəmadi olaraq onların yanında olmağa, lazımi dəstək və kömək göstərməyə davam edirik.

Hicran Hüseynova

Milli Məclisin dəputatı