İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum oldu

“Milan”ın İsveçli hücumçusu Zlatan İbrahimoviç ona ötən mövsümün sonluğunu keçirməyə mane olmuş zədəsini sağaltmağa davam edir.

39 yaşlı hücumçu iyun ayında sol dizindən əməliyyat olunub.

“La Gazzetta dello Sport” xəbər verir ki, Z. İbrahimoviç “Milan”ın heyətində A Seriyasında “Sampdoria” ilə açılış oyununda iştirak edə bilməyəcək.

Mənbə yazır ki, Z.İbrahimoviç böyük ehtimalla  yalnız sentyabrın 12-də “Latsio” ilə oyunda yaşıl meydanlara qayıdacaq.