İcra hakimiyyətlərinin problem həlletmə səlahiyyəti yoxdur - Deputat

“Hazırda icra hakimiyyəti orqanları vətəndaşı qəbul edib, yola salmaq funksiyası daşıyır”.

Sabahinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa deyib:

Deputat qeyd edib ki, onların vətəndaşın problemi həll etmə səlahiyyəti yoxdur:

“Onların vəzifələrinin xeyli hissəsi əllərindən alınıb”.

Bələdiyyələrdən də danışan F.Mustafa bildirib ki, real bələdiyyə funksiyası həyata keçirən qurum göstərmək çətindir:

“Onların konkret olaraq hansı işləri görə bilmə səlahiyyətlərinin olması danışılmır. Bələdiyyələr vətəndaşa çevik cavab verə bilən, kiçik və orta sahibkarlara dəstək verən ən vacib orqandır. Lakin bizdə bu sahədə bələdiyyənin rolunu görmək mümkün deyil”.

Deputat deyib ki, bələdiyyə özü fəaliyyətə keçsə, heç dövlətdən maliyyə almağa ehtiyacı qalmaz:

“Xaricdə bələdiyyələrin idman sahəsində öz komandaları var”./bakivaxti.az