Sərbəst güləş üzrə Azərbaycan millisinin iki üzvü əməliyyat edilib.
Azərbaycan Güləş Federasiyasından Sabahinfo.az-a verilən məlumata görə, Avropa ikincisi və U-23 dünya çempionu Turan Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub.
T. Bayramovun 5, Ə.Rzazədənin isə 6 aydan sonra milli komandanın təlim-məşq proseslərində iştirakı gözlənilir.