“Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında önəmli görüş keçirildi”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin depuatatl Cavid Osmanov deyib.
“Cənab Prezident bugünkü görüşə məhz qalib xalqın, qalib ordunun müzəffər Ali Baş Komandanı kimi getdi. Cənab Prezidentimizdə ruh yüksəkliyi, əminlik var. Bunun da kökündə Azərbaycanın haqlı tərəf olması, Azərbaycanın 10 noyabr 2020-ci il tarixdə imzalanan bəyanatın bütün bəndlərinə əməl etməsi dur”.
Depuat bildirib ki, Rusiya Prezidentinin məhz Azərbaycan Prezidentini çox böyük əhval-ruhiyə ilə qarşılaması iki ölkənin liderləri arasında olan xoş münasibətlərdən, səmimiyyətdən, iki ölkə arasında olan straji tərəfdaşlıqdanirəli gəlir.
“Görüş zamanı da gördük ki, iki ölkə arasında yüksək səviyyəli münasibət var. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Rusiya Azərbaycan üçün çox yaxın, strateji ölkədir. Bundan sonrakı mərhələdə də bu münasibətləri daha da inkişaf elətdirmək, yeni əməkdaşlıq formatları üzərində işləmək istiqamətində addımlar atılacaq. Azərbaycan Prezidentinin bu bir il ərzində həyata keçirdiyi tədbirlər, öhtəliklərin yerinə yetirilməsi, ümumiyyətlə, Azərbaycan-Rusiya arasında münasibətlərin inkişafına görə minnətdarlığın edilməsi göstərdi ki, həm ikitərəfli münasibətlərdə, həm də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasında hər iki ölkənin mövqeyi konstruktivdir”.
“Azərbaycan və Rusiya Prezidentləri sərhədlərin delimitasiya və demarkasiyası, gələcək addımların atılması, sülh müqaviləsi üzərində işlərin görülməsi, dəhlizlərin açılması ilə bağlı məsələlərə vahid bir mövqedən baxırlar” – deyə, deputat əlavə edib:
“Mövqelərin üst-üstə düşməsi bizim bölgədə yaratdığımız yeni reallığa tam uyğundur”