AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Axundovanın elmi redaktəsi ilə “İngiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə hərbi-siyasi lüğət” nəşr edilib.
İnstitutdan Sabahinfo.az-a bildirilib ki, təxminən 8 min söz və söz birləşməsini əhatə edən lüğətin müəllifi ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədovdur. Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Sədi Sadiyev, rəyçiləri polkovnik Rövşən Kərimov, professorlar Əfqan Abdullayev və Valeh Nəsibovdur.
Lüğətdə beynəlxalq hərbi əməkdaşlıq, silahlara nəzarət və hərbi diplomatiyaya, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növləri və texnikasına aid müasir ingilis dilində daha çox işlənən terminlər, mürəkkəb söz və söz birləşmələri öz əksini tapıb.
Lüğətdən Silahlı Qüvvələrin hərbi qulluqçuları, diplomatlar, kursantlar, müəllimlər, jurnalistlər və digər şəxslər istifadə edə bilərlər.