İnkişaf, tərəqqi və uğur 

Azərbaycanın müəllifi olduğu yeni reallıqlar bölgəyə rifah və inkişaf gətirir. Şanlı tariximizin yazılması, əldə olunan müsbət nəticələrdə isə bir imza var. Qətiyyətli və uzaqgörən siyasətçi, xalqın etimadını doğruldan İlham Əliyev! Bu imzanın Azərbaycan tarixində yeri və rolu suverenliyimizin təmini ilə yanaşı, Azərbaycanın inkişafı, vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması və digər mühüm faktorlar dayanır. Aparılan statistik araşdırmalar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ildən artıq müddətdə sosial sahədə atılan mütərəqqi addımlar nəticəsində vətəndaşların yaşayış səviyyəsi ildən-ilə artır. Həm məşğulluğun təmini, həm sosial ödənişlərdə olunan artımlar xalq-iqtidar birliyinin təcəssümüdür.

Biz bu birliyi 44 günlük vətən müharibəsində də gördük. Bu birlik olduğu təqdirdə təbii ki, inkişafımız və əldə olunan uğurlar davamlı olacaq. Nəticə etibarilə, çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Ona görə də Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlət başçısı İlham Əliyevə tam güvənir, onun müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə zamanında qəbul etdiyi qərarların uğurlu icrası sayəsində ölkəmizin inkişafının davam edəcəyinə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır! Xalq-iqtidar birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir. Dövlət baışçısının qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur”.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev inkişafın milli modelini yaratmaqla Azərbaycan iqtisadiyyatının dayanıqlılığını təmin edib, ölkəmiz qarşısında yeni perspektivlər açılıb. İqtisadiyyatın genişlənməsi ilə paralel olaraq ölkəmizin maliyyə təminatı da güclənib. Respublikamıza böyük həcmlərdə investisiyalar yönəldilib. Respublikamızın valyuta ehtiyatları davamlı olaraq artıb. Bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin olunmasıdır. Başqa sözlə, dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib.

Bu inkişafı erməni vandalları tərəfindən xarabalığa çevrilən, 30 ilə yaxın işğal altında olan Füzulidə, Zəngilanda, Laçında aparılan yenidənqurma işlərində görürük. Artq vandal siyasətin əksinə işğaldan azad olunan hər bir ərazimizdə yeni infrastrukturlar qurulur. Vətəndaşlarımız uzun illər həsrətində yaşadığı öz doğma yurd yuvalarına köç edirlər. 

Bütün bunların fonunda qətiyyətli siyasi lider İlham Əliyevin siyasəti Azərbaycanı daim qoruyur. Azərbaycanı daim inkişaf etdirir. Yeni perspektivlər nəinki Azərbaycan, eyni zamanda region üçün müsbət perspektivlər vəd edir və bu perspektivlər heç də uzaqda deyil.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı