İsmayıllıda bədii qiraət müsabiqəsinin növbəti mərhələsi keçirilib

19.05.2023-cü il tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində İsmayıllı rayon Heydər Əliyev Mərkəzi , İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin birgə təşkilatçılığı ilə Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsinin II - ci mərhələsi keçirildi . Müsabiqə iştirakçıları vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlərlə münsiflər heyətinin qarşısında çıxış etdilər .Münsiflər heyəti tərəfindən yüksək bal toplamış iştirakçılar 26.05.2023-cü il tarixinə təyin olunmuş növbəti tura dəvət aldılar.