İsrail kütləvi etirazlara səbəb olan qanun layihəsini təsdiqlədi

İsrail Knesseti ikinci oxunuşda ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatları haqqında qanun layihəsini təsdiqləyib. 

Sabahinfo.az xəbər verir ki, bu barədə İsrail parlamentinin saytında məlumat dərc olunub. 

Hakim koalisiyanın 64 deputatı qanun layihəsinin lehinə səs verib, müxalifət deputatları səsverməni boykot edib. İslahat Knessetin məhkəmə sistemi üzərində nəzarətinin əhəmiyyətli dərəcədə genişləndirilməsini, o cümlədən İsrail Ali Məhkəməsinin hökumətin qəbul etdiyi qərarları ləğv etmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.

Bundan əvvəl on minlərlə insan məhkəmə islahatlarına qarşı etiraz yürüşündə iştirak edib. Onlar Qüdsdə Knesset binası yaxınlığında toplaşıblar.