İsrail Prezidenti İsaak Herzoqu ABŞ-a səfəri zamanı müşayiət edən nümayəndə heyətinin bir neçə üzvünün COVID-19 üçün test müsbət çıxdığı üçün Prezidentin ABŞ lideri Co Baydenlə görüşündə iştirak edə bilməyib.
Sabahinfo.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, Prezident Herzoqun qardaşı, İsrailin ABŞ-dakı səfiri Maykl Herzoqun COVID-19 testinin nəticəsi müsbət olduğu üçün o, prezidentlərin görüşünə qatıla bilməyib.
İsrail hökumətinin Mətbuat Ofisinin fotoqrafının koronavirus testinin nəticəsi də müsbət olub və fotoqraf görüşdə iştirak etməyib, amerikalı fotoqraf onu əvəz edərək və iki prezidentin görüşünün fotolarını çəkib