Türkiyə parlamenti İsveç və Finlandiyanın NATO-ya daxil olmasını yalnız həmin ölkələrin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra ratifikasiya edəcək, lakin bu hələ baş verməyib.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarına cavablandırarkən deyib.
"İsveç və Finlandiya imzaladıqları öhdəlikləri yerinə yetirməlidir. Bundan sonra Türkiyə parlamenti də öz öhdəliklərini yerinə yetirəcək. Biz İsveç və Finlandiyadakı vəziyyəti diqqətlə izləyirik. Təəssüf hissi ilə qeyd edirik ki, bu ölkələrdə təxribat xarakterli fəaliyyətlər hələ də davam edir. Biz həm İsveçdən, həm də Finlandiyadan konkret addımlar gözləyirik”, - deyə Hulusi Akar vurğulayıb.