Kəlbəcərə “icazəsiz keçməyə” çalışanlar saxlanılıb

Kəlbəcər polisi azad edilmiş ərazilərə "icazəsiz keçməyə" cəhd göstərən 5 nəfəri saxlayıb, Azərbaycan Daxili İşlər Nazirliyinə istinadla yerli media xəbər verir. Məlumata görə, polis şöbəsinə aparılan vətəndaşlara mina və partlayıcı vasitələrdən irəli gələn təhlükələr izah olunub.

"Profilaktik söhbətdən" sonra buraxılan 5 nəfər barədə "inzibati tədbirlərin" görüldüyü bildirir.