“Kitabi-Dədə Qorqud” dastanının Avropada ilk nəşrinin 210 illiyinə həsr olunmuş videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Kitabi-Dədə Qorqud” dastanının alman dilinə tərcümə edilməsinin və onun Avropada ilk nəşrinin 210 illiyinə həsr olunmuş videoçarx hazırlanıb.

Videoçarxda Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud” dastanı haqqında sitatları,““Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilib.

Xalq artistləri bəstəkarlar Emin Sabitoğlunun “Dədə Qorqud” filmində səslənən “Bayram şənliyi” və Polad Bülbüloğlunun “Eşq və ölüm” baletindən musiqiləri ilə müşayiət olunan videoçarxda alman şərqşünası Fridrix fon Ditsin “Kitabi-Dədə Qorqud” haqqında ilk dəfə 210 il əvvəl məlumat verdiyi bildirilib.

Videoçarx kitabxananın YouTube kanalında təqdim olunub: https://www.youtube.com/watch?v=5j-_a1EVgXg