23 aprel 2023-cü ildə yaradılmış “Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni videogörüntülər var.
Bu barədə “Caliber” “Telegram” kanalı məlumat verib.
Yeni kadrlarda Qarabağ bölgəsinin etnik ermənilərindən olan Azərbaycan vətəndaşlarının - qadınların, uşaqların, kişilərin sərhədi keçərək (Xankəndi - Gorus istiqaməti) qeydiyyat pəncərəsi qarşısında növbədə durmaları əks olunub. Hər şey qarşılıqlı nəzakət mühitində baş verir, heç bir mənfi hal müşahidə edilmir, insanlar bir-biri ilə qorxusuz şəkildə ünsiyyət qururlar.
Yeri gəlmişkən, videonun səkkizinci saniyəsində kadra Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşı da düşüb. Bu onu göstərir ki, sərhədçilərin işinə malların və nəqliyyat vasitələrinin sərhəddən keçirilməsi prosedurunu təmin edəcək, gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirəcək Dövlət Gömrük Komitəsinin nümayəndələri də qoşulublar.