“Leypziq”in futbolçusu “Qalatasaray”da

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, İstanbul klubu Almaniya “Leypziq”i ilə Anxelinonun icarəyə götürülməsini razılaşdırıb.

Oyunçunun özü ilə də anlaşma əldə edilib. Müqaviləyə satın alma bəndi əlavə ediləcək. “Qalatasaray” istəsə, icarə sözləşməsinin sonunda oyunçunu birdəfəlik transfer edə bilər.

26 yaşlı ispaniyalı 2020-ci ildən “Leypziq”in üzvüdür. Sol cinah müdafiəçisi ötən mövsümü icarə əsasında digər Almaniya Bundesliqası klubu “Hoffenhaym”da keçirib.