Martın 4-də və 5-də Bolqarıstanın Sofiya şəhərində UEFA-nın "Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play”i mövzusunuda seminarı keçiriləcək. SİA-nın məlumatına görə, AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, lisenziyalaşdırma üzrə ekspertlər Anar Kazımlı və Aynur Abdullayevanın iştirak edəcəyi seminarda aşağıdakı mövzular müzakirə olunacaq:
1. UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin ümumi fəaliyyəti və yeni layihələri
2. UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play üzrə qaydalarında gələn mövsümdən etibarən qüvvəyə minəcək dəyişikliklər
3. Bolqarıstanda Klubların Lisenziyalaşdırılması sisteminin tətbiqi