Lui Van Qal yıxılaraq zədələndi

DÇ-2022-nin seçmə mərhələsində Türkiyə yığmasının rəqibi olan Niderland millisi son turun matçına baş məşqçisiz çıxa bilər.

Sabahinfo.az xəbər verir ki, buna səbəb “narincılar”ın çalışdırıcısı Lui Van Qalın durumudur.

Təcrübəli mütəxəssis Norveçlə sabahkı qarşılaşmanı buraxmaq təhlükəsi ilə üzləşib. O, komanda ilə məşqdən sonra otelə qayıtdıqda sürüşərək yıxılıb. Van Qal ayağından xəsarət alıb.

Mütəxəssis bütün axşamı xəstəxanada keçirməli olub. Əməliyyat zəruri olmasa da, Van Qalın son turda iştirakı sual altındadır.