Bu gün Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycanın xalq artisti, professor Lütfiyar İmanovun 95 illik yubileyi münasibətilə tədbir keçirilib.
"Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə düzənlənən tədbirdə musiqi, mədəniyyət sahəsində çalışan mütəxəssislər, ziyalılar, böyük sənətkarın ailə üzvləri, media nümayəndələri iştirak ediblər. Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin sədri Tofiq Əlizadə çıxış edərək bildirib ki, böyük sənətkarlar, əvəzsiz musiqi xadimləri xalqımıza Tanrının lütfüdür: "Onları qorumaq, dünyasını dəyişənləri gələcək nəsillərə yaxından tanımaq, təbliğ etmək hər birimizin borcudur. Lütfiyar İmanov kimi nəhəng ustadlar bizim qürurumuz, fəxrimizdir."
Sonra Lütfiyar İmanovun rol aldığı filmlərdən epizodlar, oxuduğu mahnılar tədbir iştirakçılarına təqdim edilib.