"Mançester Yunayted"dən Ronaldonu əsəbiləşdirən qərar

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun maaşı 25 faiz azaldılıb.

Sabahinfo.az lent.az-a istinadla bildirir ki, mənbənin məlumatına görə, Ronaldonun müqaviləsinə əsasən, İngiltərə çempionatının son mövsümünün sonunda klubun Çempionlar Liqasına düşə bilməməsi səbəbindən onun klubdakı maaşı azalıb. "Mançester Yunayted" bu variantı aktivləşdirib. Ronaldo özü keçən mövsüm Premyer Liqada 18 qol vurmasına baxmayaraq, klubun maaşları azaltmaq qərarından narazıdır.

Daha əvvəl Ronaldonun "Mançester Yunayted"dən ayrılaraq Çempionlar Liqasında çıxış edən kluba keçmək istədiyi bildirilirdi. Portuqaliyalı hücumçunun karyerasını davam etdirmək variantlarından biri də "Napoli"dir. Ronaldo icarə əsasında İtaliya klubuna keçə bilər.