Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, kollegiyanın üzvlərinin sayı 10-a çatdırılıb.

“Kollegiyanın üzvləri:” bölməsindən “Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini” sözləri çıxarılıb.