“Məhəmməd Əmin Rəsulzadənin vəfatının 70 illiyi” adlı videoçarx hazırladı

İctimai-siyasi xadim M.Ə.Rəsulzadənin xatirəsi anıldı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 167 №-li tam orta məktəbdə görkəmli tarixi şəxsiyyət, Azərbaycan Xalq Cümhuriyyətinin (Azərbaycan Demokratik Respublikasının) banisi, müstəqillik uğrunda əvəzsiz xidmətləri olan Məhəmməd Əmin Rəsulzadənin vəfatının 70 illiyi ilə əlaqədar anım tədbiri keçirdi və “Məhəmməd Əmin Rəsulzadənin vəfatının 70 illiyi” adlı videoçarx hazırladı.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşı Lalə Səlimova M.Ə.Rəsulzadənin həyat və siyasi fəaliyyətinin əsas məqamları ilə şagirdləri məlumatlandırdı. Mərkəzi Kitabxananın əməkdaşı Gülnarə Cəlilova, məktəbin müəllimləri Məlahət Rəvanova və Samirə Məmmədova çıxışlarında Məhəmməd Əmin Rəsulzadənin müstəqil Azərbaycan dövlətinin qurulmasında xidmətləri ilə yanaşı, ədəbi yaradıcılığının da diqqətəlayiq olduğunu vurğuladılar.

Məktəbin 10-cu sinif şagirdləri – Arif Allahverdiyev, Aylin Həsənova, Leyla Abbaszadə, Şahin Həşimov və digərləri vətənpərvər şeirlər söylədilər, M.Ə.Rəsulzadəyə həsr olunmuş çıxışları ilə bu unudulmaz şəxsiyyətin xatirəsini böyük ehtiramla yad etdilər. M.Ə.Rəsulzadəyə həsr olunmuş videoçarxda Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin M.Ə.Rəsulzadə haqqında sözləri, onun siyasi və ictimai fəaliyyəti, publisistikası, mühacir illəri haqqında qısa məlumat verilir. Videoçarx kitabxananın

YouTube kanalında yerləşdirilib:

: