Ənənəmizə sadiq qalıb ayın son həftəsini Masallı rayonunda seçicilərin qəbulu ilə başa vururuq. Bugünkü qəbul Masallı rayon Yeni Azərbaycan Partiyasının binasında keçirildi.
Qəbulda 20 nəfər vətəndaş iştirak edirdi.
Masallı rayon mərkəzində Yeni Azərbaycan Partiyasının binasında təşkil edilən qəbulda Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev və Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdürü Qəşəm Hadıyev, köməkçilərim iştirak edirdi.
Məsul şəxslərin iştirakı ilə seçiciləri dinlədik, həlli üçün müəyyən tapşırıqlar verildi, bəzi istəklər yerindəcə həllini tapdı. Seçicilərlə görüş davam edir.
Məşhur Məmmədov
Milli Məclisin deputatı