Məşhur Məmmədov qəbul keçirdi

Masallı Rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında seçicilərlə növbəti görüş-qəbul keçirdik. Görüş-qəbulda 16 seçici iştirak edirdi. Onlardan bir nəfəri şəhid atası idi. Qəbula gələnlərin istəklərinin daha operativ həllini tapması üçün qəbulda Yeni Azərbaycan Partiyasının sədri Seyfəddin Əliyev və Masallı rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hacıyev iştirak edirdilər.

Bəzi seçicilərin istəkləri yerində həllini tapdı, digər məsələlər səlahiyyətlərimiz çərçivəsində aidiyyəti üzrə yönləndirildi. Görüşlər davam edir.

Məşhur Məmmədov

Milli Məclisin deputatı